Azərbaycan Tokio Olimpiadasında daha bir gümüş medal qazanıb.
Oxu.Az-ın xəbərinə görə, sərbəst güləşin 65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb.
Gərgin keçən görüşdə meydan sahibi idmançısı 5:4 hesabı ilə qalib gəlib.
Bu, Azərbaycanın ikinci gümüş medalıdır.