Şərif Şərifov ikinci dəfə Olimpiya medalını qazana bilməyib.
Oxu.Az xəbər verir ki, onun üçqat dünya mükafatçısı və Amerika çempionu Reyneris Salasla görüşü 3:3 hesabı ilə başa çatıb.
Kubalı idmançı son xalı qazandığından, bürünc medal ona qismət olub.
14:01
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov bürünc medal görüşünə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, 97 kq çəki dərəcəsində güləşən Olimpiya çempionumuz bu gün təsəlliverici yarışa çıxıb və Elizbar Odikadzeni (Grücüstan) 7:5 hesabı ilə məğlub edib.
O bu gün bürünc medal uğrunda görüşdə Reyneris Salasla (Kuba) qarşılaşacaq.
Xatırladaq ki, bu gün güləşçilərimizdən Hacı Əliyev final, Mariya Stadnik isə bürünc medal görüşünə çıxacaq.
Səbuhi Musayev