Bu gün Tokio Yay Olimpiya Oyunlarında softbol (beysbola bənzər idman növü) və qadın futbolundan sonra kişi futbolu üzrə yarışlara start veriləcək.
Oxu.Az xəbər verir ki, A, B, C və D qruplarının ilk turunun matçları keçiriləcək.
Start C qrupunun Misir - İspaniya görüşü ilə reallaşacaq. Bu matçı maraqlı edən məqam İspaniya millisinin heyətində AVRO-2020-də oynamış Unai Simon, Pau Tores, Erik Qarsiya, Pedri, Mikel Oyarzabal, Dani Olmo kimi oyunçuların yer alması, həmçinin Madrid "Real"ının futbolçuları - Dani Sebalyos (kapitandır - S.M.) və Marko Asensionun olmasıdır.
Tokio-2020
A qrupu
12:00 Meksika - Fransa
15:00 Yaponiya - CAR
B qrupu
12:00 Yeni Zelandiya - Koreya
15:00 Honduras - Rumıniya
C qrupu
11:30 Misir - İspaniya
14:30 Argentina - Avstraliya
D qrupu
12:30 Fil Dişi Sahili - Səudiyyə Ərəbistanı
15:30 Braziliya - Almaniya
Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi sabah keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Musayev