Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tomas Müller sabiq komanda yoldaşının rekordunu təkrarlayıb
"Bavariya"nın hücumçusu Tomas Müller Toni Kroosun rekordunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, Münhen klubu mövsümün bitməsinə 2 tur qalmış Bundesliqanın qalibi olub.
Bu, Müllerin Almaniya çempionatında 13-cü, bütün turnirlərdə isə 34-cü kubokudur.
Beləliklə, 35 yaşlı almaniyalı Toni Kroosla (34) birlikdə tarixin ən çox mükafat alan alman futbolçusu olub.
Tomas Müller cari mövsüm bitdikdən sonra "Bavariya"nı tərk edəcək. O, karyerası boyu Münhen nəhənglərinin şərəfini qoruyub.
Toni Kroos isə keçən yay peşəkar futbol karyerasını bitirmişdi. O, 2014/2024-cü illərdə "Real Madrid"də çıxış edib.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Real Madrid" 20 yaşlı müdafiəçinin transferini rəsmiləşdirdi
- "Barselona" çempionlar paradı keçirdi
- "Real Madrid" klubu əzəli rəqibini çempionluq münasibəti ilə təbrik etdi
- Lamin Yamal Kriştianu Ronaldunun İspaniyadakı uğuruna 17 yaşında çatdı
- "Real Madrid" 20 yaşlı müdafiəçinin transferini tamamladı
Ən çox oxunanlar