Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü ölüb.
Oxu.Az-ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisində baş verən qəzada xəsarət alanlardan biri - 1986-cı il təvəllüdlü sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, mayın 4-də adıçəkilən ərazidə hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan Bakı şəhər sakinləri - sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu, 2014-cü il təvəllüdlü R.H., Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri - sürücü, 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu, 2014-cü il təvəllüdlü R.H., Xaçmaz rayon sakinləri, 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.