Xaçmaz rayonunda ağır avtoqəzada ölən gənclə bağlı bəzi təfərrüat bəlli olub.
Oxu.Az xəbər verir ki, "Mitsubishi" markalı avtomobilin ağaca çırpılması nəticəsində həlak olan sürücü, 2000-ci il təvəllüdlü Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.
Hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İqbal Ziya
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Asim Muradxanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya