Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Top Gear”in aparıcıları Azərbaycanda - FOTO
“Top Gear” proqramının tanınmış aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond yeni Azərbaycana gəliblər.
Oxu.Az-ın məlumatına görə, aparıclar Azərbaycanda “The Grand Tour” verilişi çərçivəsində üç “supercar”ın test-drayvını çəkəcəklər.
Azərbaycanlı videobloger Fəxri Əsədov aparıcılarla Qazaxda çəkdiyi fotosunu paylaşıb.
Bildirilir ki, mütəxəssislər “Aston Martin DBS Superleggera”, BMW M850i, “Bentley Continental GT” - ölkənin beş müxtəlif şəhərlərində sürəcəklər.
Verilişin müəllifləri və prodüserlərinin sözlərinə əsasən, Azərbaycanda yeni avtomobillərin test-drayvı zamanı tamaşaçıları xüsusi və maraqlı sınaqlar gözləyir.