Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Büdcə zərfi parlamentə gedir
2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcəsi layihələrinin Milli Məclisdə (MM) müzakirə ediləcəyi tarix məlum olub.
Oxu.Az-ın xəbərinə görə, layihələr parlamentin noyabrın 13-14-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Sənədlər yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.
Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.
“Dövlət büdcəsi ölkənin baş-ali maliyyə sənədidir.
Dövlət büdcəsi eyni zamanda ölkə iqtisadiyyatının güzgüsüdür.
Çox əlamətdar və qürurverici haldır ki, Azərbaycan iqtisadiyyatı günü-gündən sürətlə inkişaf edir və nəticə etibarı ilə də dövlət büdcəsində özünün əksini tapır.
Hesab edirəm ki, növbəti ilin büdcəsi də Azərbaycanın qarşıya qoyduğu hədəflərə çatılmasında öz müsbət töhfələrini verəcək”.
Bunu isə saytımıza açıqlamasında MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?