"Yuventus" futbol klubu "Tottenhem"dən qapıçı Qulyelmo Vikarionun keçidini həyata keçirib. Qolkiper İtaliya təmsilçisinə məcburi olmayan satınalma şərti ilə icarəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, qapıçı London komandası ilə bu gün vidalaşacaq.
Xatırladaq ki, italiyalı qolkiper 2023-cü ildə 18 milyon avro qarşılığında "Empoli"dən "Tottenhem"ə transfer olunub. O, 2025/26 mövsümündə İngiltərə klubunun heyətində bütün yarışlarda ümumilikdə 43 matçda iştirak edərək 65 qol buraxıb, 13 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.