Türkiyə futbolunun nəhənglərindən olan "Trabzonspor" klubu təcrübəli çalışdırıcı Fatih Tekke ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbol karyerasına gənclər akademiyasında başladığı "Trabzonspor"da unudulmaz illərinə qədəm qoyan Tekke, Qara dəniz komandasında çıxdığı 239 matça 104 qol vurub.
11 il forma geyindiyi "tünd-qırmızı" komandanın kapitanlığına yüksələn Tekke, bir dəfə bombardiri olduğu "Trabzonspor"da üç dəfə Türkiyə Kubokunu qazanıb.
Qeyd edək ki, o, "Trabzonspor"un baş məşqçisi postuna martın 10-da klubla yollarını ayıran Şenol Güneşi əvəz edib.

Türkiyənin "Trabzonspor" komandasında baş məşqçi vəzifəsinə Fatih Tekke gətirilir.
Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, klub rəhbərliyi onunla danışıqlara başladığını bəyan edib.
"Trabzonspor"dan verilən məlumata görə, martın 11-də F.Tekke Trabzona gələcək. Bundan sonra tərəflər arasında müqavilənin detalları müzakirə edilərək imzalar atılacaq.
Onun bu postda martın 10-da klubla yollarını ayıran Şenol Güneşi əvəz edəcəyi gözlənilir.