ABŞ Prezidenti Donald Tramp İngiltərə millisinin hücumçusu Harri Keyn ilə qolf oynadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Metro" nəşri yayıb.
Dövlət başçısı DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində keçirilən Meksika - İngiltərə (2:3) matçını izlədiyini və ingilis forvardın oyununu xüsusi vurğuladığını qeyd edib.
"Harri Keyn əla oyunçudur. Bilirsiniz, mən onunla qolf oynamışam və o, mənim çox xoşuma gəlir. Keyn yaxşı qolfçudur, həqiqətən əladır", - deyə Tramp bildirib.
Qaynar xətt:
(055) 224 12 12