Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Transferlərinə ümumilikdə ən çox pul xərclənən futbolçular - SİYAHI
“Transfermarkt” futbolçu karyerası ərzində transferlərinə ən çox pul xərclənən oyunçuların siyahısını dərc edib.
“Report” xəbər verir ki, cədvəldə birinci yeri braziliyalı Neymar tutur.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən hücumçunun indiyə qədər transferlərinə ümumilikdə 400 milyon avro xərc çəkilib.
İkinci pillədə İtaliyanın “Roma” klubunun üzvü Romelu Lukaku qərarlaşıb. Belçikalının 8 keçidinə klublar 339 milyon avro ödəniş ediblər.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu isə 4 transferə 247 milyon avro ilə ilk “üçlüy”ü qapayıb.
Karyerası ərzində transferlərinə ən çox pul xərclənən 10 futbolçunun siyahısı:
1. Neymar (3 transferinə 400 milyon avro)
2. Romelu Lukaku (8 transferinə 339 milyon avro)
3. Kriştianu Ronaldu (4 transferinə 247 milyon avro)
4. Usman Dembele (3 transferinə 220 milyon avro)
5. Alvaro Morata (6 transferinə 189 milyon avro)
6. Filipp Koutinyo (5 transferinə 180 milyon avro)
7. Antuan Qrizmann (4 transferinə 180 milyon avro)
8. Kilian Mbappe (1 transferinə 180 milyon avro)
9. Anxel Di Mariya (4 transferinə 179 milyon avro)
10. Zlatan İbrahimoviç (7 transferinə 169 milyon avro)
"Antuan Qrizman" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Bugünkü Madrid derbisi Qrizman üçün sonuncu ola bilər
- "Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular
- Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub