Bu gün Bakıda Rusiya azərkeşlərinin evinin açılışında Rusiyanın Xokkey Federasiyasının prezidenti Vladislav Tretyak iştirak edib.
Bu barədə Oxu.Az sovsport.ru saytına istinadla xəbər verir.
“Mənə xokkeyçi kimi bu yarışlarda idman mədəniyyəti və yerli kalorit maraqlıdır. Axı mən Bakıda ilk dəfəyəm.
Bakı xokkey şəhəri deyil, amma küçədə mənə insanlar yaxınlaşır və deyirlər ki, məni buz üstündə xatırlayırlar. Burada çoxlu yeni idman obyektləri var.
İndi dünya bildi ki, Azərbaycanda ən böyük beynəlxalq tədbirlər keçirmək olar.
Bu, Bakıya turistlər və idmançıları cəlb edəcək. Burada insanları birləşdirən idman bayramı hiss edirəm”, - o deyib.