Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tribunalardan atılan daş futbolçunu öldürdü - VİDEO
Əlcəzairdə futbolçu öldürülüb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, ölkə çempionatı çərçivəsində “JS Kabil” və “USM Alger” komandaları arasındakı qarşılaşmadan sonra iğtişaş baş verib.
“USM Alger"in 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra bir qrup azarkeş meydançada “JS Kabil”in oyunçularına hücum edib. Daş və dəmir parçaları ilə oyunçulara hücum edən azarkeşlər komandanın 25 yaşlı futbolçusu, kamerunlu Albert Ebosseni yaralayıblar. Başına iri daş parçası çırpılan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Əlcəzairin daxil işlər naziri gecə saatlarında baş vermiş olaylarla bağlı açıqlama verib və futbolçunun ölümü faktının ciddi araşdırılacağını deyib.

"Əlcəzair" teqi üzrə xəbərlər
- Avrostat: "Azərbaycan Avropa İttifaqına LNG tədarükü üzrə liderlər sırasındadır"
- Əlcəzair prezidenti: "Mədəniyyət iddiasında olan Fransanın törətdikləri necə kədərlidir"
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- Əlcəzairli nümayəndə: "Fransa insanlığa qarşı cinayət törədib"
- İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı