Türkiyənin Artvin vilayətində oynanılan Regional Həvəskarlar Liqası matçında ilk hissə başa çatandan sonra iki komanda arasında dava baş verib.
Oxu.Az "Sabah"a istinadən xəbər verir ki, kütləvi dava nəticəsində hakim ümumilikdə 24 qırmızı vərəqə göstərib.
İki tərəf arasında mübahisə uzun müddət davam edib, yekunda təhlükəsizlik qüvvələri müdaxilə edərək oyunçuları ayırmağa məcbur olublar.
Davanın ardından intizam komitəsi ətraflı araşdırma başladıb.