Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Kuboku: "Beşiktaş" - "Antalyaspor"la görüşdən qalib ayrıldı
Türkiyə Kubokunun üçüncü turunda "Antalyaspor"un qonağı olan "Beşiktaş" səfərdən üç xalla ayrılıb.
Oxu.Az xəbər verir ki, rəqibi 2-1 hesabı ilə məğlub edən "Beşiktaş" xallarının sayını 9-a yüksəldərək liderliyi ələ keçirib.
Beləliklə, komanda dörddəbir final mərhələsinə vəsiqəni təmin edib.
Qrupun digər oyunlarında isə "Kocaelispor" "Kırklarelispor"u 3-1, "Bodrumspor" isə "Sivasspor"u 1-0 hesabı ilə məğlub edib.
Lakin xal ehtiyyatını yeddi xala yüksəldən "Kocaelispor" klubu rəqiblərini qabaqlayaraq, dörddəbir finala yüksələn növbəti komanda olub.
Qeyd edə ki, üçüncü tura fevralın 27-də "Qalatasaray" - "Konyaspor", "Eyüpspor" - "Başakşəhər" görüşləri ilə yekun vurulacaq.
"Beşiktaş FK" teqi üzrə xəbərlər
- "Beşiktaş" İstanbul derbisinin qalibi oldu
- Türkiyə Superliqasında İstanbul derbisi
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Aleks Oksleyd-Çemberleyn "Beşiktaş"dan ayrılır
- Nihat Kahveci "Haber Global"da Joze Mourinyo barədə: "Bu yanaşma ilə heç vaxt çempion olmaz"