Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oman şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub
İqtisadiyyat Nazirliyində Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə birgə investisiya layihələri və potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələri ilə görüşüb.
Oman şirkətinin təmsilçilərinə ölkəmizdə qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturu xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkəmizin cəlbediciliyini artırır.
Tərəflər birgə investisiya layihələri, o cümlədən potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Oman Sultanlığının ən iri holdinqlərindən olan "Suhail Bahwan Group Holding" Körfəz Ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, mühəndislik, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Omanın "Suhail Bahwan Group Holding" şirkətinin nümayəndələrini ölkəmizdə qarşılamaq xoş oldu. Birgə investisiya layihələri və digər potensial əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu", - deyə paylaşımda qeyd olunub.
Omanın "Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələrini ölkəmizdə qarşılamaq xoş oldu. Birgə #investisiya layihələri və digər potensial əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu.#EconomyAz pic.twitter.com/oaVCQrPz3o
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 25, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
- Nazir: "Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi artıb"
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- Mikayıl Cabbarov Sunniya Durrani-Camal ilə görüşüb