Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Kuboku: "Qalatasaray" səfərdə "Boluspor"a qalib gəldi
Türkiyə Kubokunun II turunda "Boluspor" klubu "Qalatasaray"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli 11-ci dəqiqədə topu rəqibin qapısına göndərərək komandasını önə çıxarıb. Lakin bu üstünlük uzun sürməyib, çünki "Cimbom"un yeni transferi Alvaro Morata tez bir zamanda bərabərlik qolunu vurub.
Görüş "Boluspor"un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu nəticədən sonra "Qalatasaray" C qrupunda 4 xalla ikinci yerə yüksəlib, qrupa 6 xalla "Konyaspor" başçılıq edir.
Türkiyə Kubokunun II turunda "Boluspor" klubu "Qalatasaray"ı qəbul edir.
Oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz:

Oxu.Az xəbər verir ki, Yiğit Arslanın idarə etdiyi görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Oyunun 12-ci dəqiqəsində "Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli rəqibinə qol vurub.
"Qalatasaray"ın cavab qolunu isə doqquz dəqiqə sonra yeni transferi Alvaro Morata vurub.
Hazırda hesab 1:1-dir.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray"ın ulduzu Viktor Osimhenə Azərbaycan klubunun forması hədiyyə olundu
- İkardi və Vanda Nara rəsmən boşanıblar
- Mertens Neapol şəhərinin fəxri vətəndaşı olacaq
- "Qalatasaray"ın mövsüm sonunda yollarını ayıra biləcəyi ilk futbolçu bəlli oldu
- Alvaro Morata "Atletiko Madrid"dən ayrıldığı üçün peşman olub