Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi: Ev muzeyi YARADILACAQ
"Hökumənin əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Digər əşyaları isə bizim evdə təşkil olunan muzeydə sərgilənəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın 40 mərasimi ilə əlaqədar məzarını ziyarət edən atası Cəlil Əliyev deyib.
O, AZAL rəhbərliyi və qızının iş yoldaşlarının vaxtaşırı onunla maraqlandığını bildirib.
"Onlara da, xalqıma da minnətdaram. Hökumənin iş yoldaşları, qohumlar, tanımadığım çoxlu sayda insanlar müxtəlif yerlərdən gəlib başsağlığı verirlər. Hökumənin yoxluğu ilə barışmaq ağırdır. 40 gün necə keçdi, bilmirəm, çünki mən daha yaşamıram, ölmüşəm", - Milli Qəhrəmanın atası əlavə edib.
Cəlil Əliyev qızının həlak olması ilə nəticələnən qəzada günahkarların ən ağır cəza alacaqlarına ümid etdiyini deyib.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.
Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
"Hökumə Əliyeva" teqi üzrə xəbərlər
- Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə - Hökumənin atasından REAKSİYA
- Hökumə Əliyevanın atasının bank kartından oğurluqda şübhəli bilinən şəxsin saxlanılma GÖRÜNTÜLƏRİ
- Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs SAXLANILDI
- Hökumənin həyatı film olur
- Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü TƏYİN EDİLDİ