Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan hərbçiləri "Qış təlimi-2025" çərçivəsində bəzi silahlardan ilk dəfə istifadə ediblər
Türkiyənin Kars şəhərində keçirilən "Qış təlimi - 2025" hərbi təlimləri uğurla davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: "Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir".
Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər "NEFER" zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5.56 millimetrlik pulemyot, BOYGA pilotsuz uçuş aparatı, müxtəlif pilotsuz hərbi maşın və digər silah və texnikadan ilk dəfə istifadə ediblər.
Bildirilir ki, təlimlər sabah başa çatacaq.
Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.
"Türkiyə Milli Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Hikmət Mirzəyev Türkiyədə səfərdədir
- Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- Türkiyə ordusundan əməliyyat: Suriya və İraqda 9 terrorçu MƏHV EDİLDİ
- Türkiyə ilə Azərbaycan HDQ arasında keçirilən təlimlər başa çatdı
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
Rəylər