Türkiyə Kubokunda qrup mərhələsinin ikinci turunun matçları keçirilir.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan "Qalatasaray" səfər matçında "Fethiyespor"un qonağı olub.
Gözlənildiyi kimi, "cim-bom" qarşılaşmadan qalib ayrılıb. Qonaqların iki qoluna meydan sahibləri bir dəqiq zərbə ilə cavab veriblər - 1:2.
Türkiyə Kuboku: "Qalatasaray"dan səfər qələbəsi
Bu nəticədən sonra "aslanlar" 6 xalla qrup lideridirlər. Onların rəqibi isə aktivindəki 1 xalla autsayderlər sırasındadır.