Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə millisi A, Gürcüstan seçmə komandası B Liqasına yüksəldi
2024/25 UEFA Millətlər Liqası pley-off mərhələsinin cavab görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, bu oyunlardan sonra hansı komandanın hansı liqada çıxış edəcəyi müəyyənləşib.
Cütlərin qalibləri üst liqaya, məğlub olanlar isə daha aşağı liqaya vəsiqə qazanıblar. Türkiyə, Yunanıstan, Serbiya və Belçika A liqasında, Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya isə B liqasında yer alacaqlar.
Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki rəqibləri Ukrayna və İslandiyanın da növbəti UEFA Millətlər Liqasındakı taleyinə aydınlıq gəlib. Ukrayna B liqasında, İslandiya C liqasında mübarizə aparacaq.
"DÇ-2026" teqi üzrə xəbərlər
Ən çox oxunanlar