Türkiyə millisi dünya çempionatları tarixində nadir rast gəlinən antirekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb.
Bildirilib ki, Türkiyə yığması 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda Avstraliya millisinə 2:0 hesabı ilə məğlub olmaqla maraqlı statistik göstərici ilə yadda qalıb.
Belə ki, Türkiyə millisi 1974-cü ildə Uruqvayın İsveçi 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra dünya çempionatı oyunlarında rəqib qapısına 30 və ya daha çox zərbə endirib məğlub olan ilk komanda olub.
Bundan əlavə, Türkiyə yığması 2006-cı il dünya çempionatında İngiltərə və Portuqaliya milliləri arasında keçirilən və əsas vaxtı 0:0 hesabı ilə başa çatan, penaltilər seriyasında isə Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşan 1/4 final qarşılaşmasından sonra rəqib qapısına 30-dan çox zərbə vurub qol tapa bilməyən ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.