19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Oxu.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş oyunda türkiyəli həmyaşıdları ilə qarşılaşan komandamız məğlub olub – 1:10.
Yığmamızın yeganə qolunu Hüseyn Qarayev vurub.
Qeyd edək ki, bundan əvvəl türklər millimizi 5:3 hesabı ilə məğlub etmişdi. Ötən ilin noyabrında isə yeni yaradılmış, əsasən, “Keşlə” klubunun futbolçularından qurulmuş komandamız Gürcüstan millisinə 3:10 hesabı ilə uduzmuşdu.