2025/2026 mövsümündə Türkiyə Super Liqasında çıxış edəcək son komandanın adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bu hüququ "Fatih Karagümrük" əldə edib.
İstanbul təmsilçisi pley-off finalında "Bandırmaspor"la qarşılaşıb. Komanda əlavə vaxtda 3:1 hesabı ilə qalib gələrək, bir mövsümdən sonra Super Liqaya geri dönüb.
Qeyd edək ki, bundan əvvəl "Kocaelispor" və "Gənclərbirliyi" ilk iki vəsiqəyə sahib olmuşdular. Növbəti mövsümdə Super Liqada 18 klub mübarizə aparacaq.