Türkiyə Superkubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Yeni Adana" stadionunda "Fənərbağça" "Samsunspor"la üz-üzə gəlib. Rəqibinə şans verməyən İstanbul təmsilçisi Kerem Aktürkoğlu (4) və Duranın (67) qolları ilə finala vəsiqə qazanıb - 2:0.
Qeyd edək ki, bu mərhələnin ilk oyununda "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək finala adlayıb.
Beləliklə də, yanvarın 10-da Atatürk Olimpiya Stadionunda azarkeşləri İstanbul derbisi gözləyir.
Bu gün Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, Yeni Adana stadionunda keçiriləcək "Fənərbağça" - "Samsunspor" oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyununda "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, finala çıxan komandalar yanvarın 10-da Atatürk Olimpiya Stadionunda qarşılaşacaqlar.
5 yanvar
Türkiyə Superkuboku
Saat 21:30, "Fənərbağça" - "Samsunspor".