Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun bağlanış matçında lider "Qalatasaray" "Çaykur Rizespor"un qonağı olub.
Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. "Aslanlar" Osimhenin dublu sayəsində minimal hesablı qələbə qazanıblar - 1:2. "Sarı-qırmızılar"ın yeni transferi Frankovski çıxdığı ilk matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə də, hazırda "cim-bom" 63 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. Rize təmsilçisi isə 27 xalla yarış cədvəlində 12-ci yeri tutur.