Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Yaponiyalı atlet on illik rekordu yenilədi](https://images.oxu.az/2025/02/17/Dy9UFBwjtuWUYYQqnA4VtNB7BciPWEraIjkgkOpd:1200.jpg)
Yaponiyalı atlet on illik rekordu yenilədi
Toşikazu Yamanişi Yaponiyanın Kobe şəhərində keçirilən yarışda 20 km məsafəyə idman yerişi üzrə dünya rekordunu yeniləyib.
Oxu.Az xəbər verir ki, o, məsafəni bir saat on altı dəqiqə on saniyəyə qət edib.
Əvvəlki rekord digər Yaponiya təmsilçisi Yusuke Suzukiyə məxsus idi və 2015-ci ilin martından (1:16.36) bu günə qədər qırılmaz qalırdı.
Yamanişinin 29 yaşı var. O, 2019 və 2022-ci illər dünya çempionatlarında 20 km məsafəyə idman yerişində qızıl medal qazanıb və eyni növdə 2020-ci ildə Tokio Olimpiadasında bürünc medala yiyələnib. Yamanişi 2017-ci ildə Yay Universiadasında 1:27.30-luq nəticə ilə qızıl medal qazanıb. Universiteti bitirdikdən sonra Toşikazu "Toyota Group" idman klubunun üzvüdür.