Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalp 13-cü dəfə qitənin ən güclüsü olub.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda macarıstanlı rəqibi Darius Atilla Viteki 7:1 hesabı ilə məğlub edib.
R.Kayaalp bu qələbə sayəsində 13-cü dəfə Avropa çempionu adını qazanaraq əfsanəvi rusiyalı güləşçi Aleksandr Karelininin rekordunu yeniləyib.
Qeyd edək ki, türkiyəli güləşçi Avropa çempionatında 15 dəfə finala çıxıb.
Qaynar xətt:
(055) 224 12 12