"Barselona"nın futbolçusu Aytana Bonmati İspaniya yığmasının məşqi zamanı sol ayağının incik sümüyünü sındırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Mətbuat Xidməti məlumat yayıb.
"Bonmati uğursuz yerə enmədən sonra ağrı səbəbindən səhər məşqini dayandırıb. Aparılan müayinələrdən sonra ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub. Futbolçu reabilitasiyaya başlamaq üçün "Barselona"ya qayıdacaq",- deyə məlumatda qeyd olunub.
Aytana Bonmati "Barselona"nın heyətində Kral Kubokunun (7 dəfə), La Liqanın (6 dəfə), İspaniya Superkubokunun (5 dəfə) və UEFA Çempionlar Liqasının (3 dəfə) qalibi olub. O, İspaniya millisinin heyətində 2023-cü ildə dünya çempionu, 2025-ci ildə isə Avropa çempionu olub.
A.Bonmati üç dəfə "France Football" jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top" mükafatını qazanıb.