Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç gün Fransa sərhədində saxlanılan futbolçumuz Bakıya buraxıldı
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll adına Hava Limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
Oxu.Az xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb.
Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.
Rəylər