Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA AFFA-nı millinin baş məşqçisinə görə cərimələdi
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyunu baş məşqçi Siyasət Əsgərova görə gec başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mütəxəssisə bir oyunluq şərti cəza verilib və bir illik sınaq müddəti təyin edilib.
Bundan əlavə, S.Əsgərov qeyri-idman hərəkətinə görə bir matçlıq diskvalifikasiya edilib. O, növbəti turda Monteneqro ilə matçda cəzasını çəkib.
AFFA-dan bildirilib ki, UEFA nümayəndəsi sözügedən qarşılaşmadan sonra hər iki kollektivin görüşə gec çıxdığını deyib:
"Lakin neçə dəqiqə gecikməyimiz və cərimə ilə bağlı bir söz deyilmədi".
Qeyd edək ki, Litvanı iki cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib - 1:1. Komanda mayın 30-da sonuncu - dördüncü turda Litvanı qəbul edəcək.