“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada “Bayer 04” klubunun qonağı olub.
“Bay Arena”dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.
Qrupun digər görüşündə “Molde” İsveçin “Hakken” kollektivini eyni hesabla üstələyib.
Beləliklə, “Bayer 04” xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. “Qarabağ” 6 xalla ikinci, “Molde” 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki “Hakken”in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda “Bayer 04”ü qəbul edəcək.
00:16
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.
Meydan sahibləri beşinci dəfə Azərbaycan təmsilçisinin qapısına yol tapıblar.
57-ci dəqiqədə Edmond Tapsoba hesabı 5:1 edib.
00:13
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda beşinci qol vurulub.
Meydan sahibləri fərqi daha da artırıblar - 4:1.
54-cü dəqiqədə Alexandro Qrimaldo dubla imza atıb.
00:03
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.
Qeyd edək ki, meydan sahibləri hazırda 3:1 hesabı ilə öndədir.
26.10.2023, 23:48
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda birinci hissə başa çatıb.
Qeyd edək ki, meydan sahibləri fasiləyə öndə yollanıblar - 3:1.
26.10.2023, 23:36
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda dördüncü qol vurulub.
Meydan sahibləri fərqi artırıblar - 3:1.
35-ci dəqiqədə Viktor Bonifeys fərqlənib.
26.10.2023, 23:31
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üçüncü qol vurulub.
Meydan sahibləri növbəti dəfə hesabda önə keçiblər - 2:1.
29-cu dəqiqədə Alexandro Qrimaldo fərqlənib.
26.10.2023, 23:17
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.
16-cı dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib.
Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
26.10.2023, 23:07
Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.
5-ci dəqiqədə meydan sahibləri fərqləniblər.
Leverkuzen təmsilçisində Florian Virts adını tabloya yazdırıb.
26.10.2023, 23:00
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada üz-üzə gələn “Bayer 04” və “Qarabağ” oyununa start verilib.
Qeyd edək ki, görüş “Bay Arena”da reallaşır.
26.10.2023, 22:01
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada üz-üzə gələcək “Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Bayer 04”: 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio.
Qeyd edək ki, bu gün “Bay Arena”da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.