Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Avropa Liqası: Dörd yarımfinalçıdan ikisi İngiltərə komandası oldu
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində mərkəzi qarşılaşmalardan biri Almaniyada baş tutub.
Oxu.Az xəbər verir ki, yerli "Ayntraxt Frankfurt" evdə "Tottenhem"i qəbul edib.
Matçın taleyini bir qol həll edib. İngiltərə təmsilçisinin hücumçusu Solanke 43-cü dəqiqədə komandasına qələbə qazandıran topu vurub.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Tottenhem" növbəti mərhələyə keçib.
Turun digər mərkəzi görüşü "Mançester Yunayted" - "Lion" matçı olub. Oyunun əsas vaxtı birinci qarşılaşmada olduğu kimi 2:2 hesabı ilə başa çatıb.
İngilislərdən Uqarte (10), Dalot (45), fransızlardan isə Tolisso (71), Talyafiko (78) fərqləniblər.
Yarımfinalçını müəyyən etməkdən ötrü təyin edilmiş əlavə vaxtda Şerki və Lakazetin (penaltidən) qollarına "qırmızı şeytanlar" - Fernandeş, Maynu və Maquayr ilə ardıcıl üç qolla cavab verərək, matçdan qalib ayrılıblar - 5:4.
Bu mərhələnin digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Atletik Bilbao" - "Reyncers" - 2:0 (ilk oyun 0:0);
Sanset (45-ci dəqiqə), Uilyams (89).
"Latsio" - "Budyo Qlimt" - 3:1 (penaltilər - 2:3) (ilk oyun 0:2);
Kastelyanos (21), Noslin 90, Dia (100) - Helmersen (109)
Bu nəticələrlə "Tottenhem", "Mançester Yunayted", "Atletik Bilbao" və "Budyo/Qlimt" yarımfinal mərhələsində oynamaq hüququ qazanıblar.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edən klublar bəlli oldu
- UEFA Avropa Liqası: Finalın qalibini bir qol müəyyənləşdirdi
- UEFA Avropa Liqası tarixinin çempionları kimlərdir?
- UEFA Avropa Liqasında final həyəcanı - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə
- Riçard Almeyda: "Azərbaycanlılar futbolun elə də böyük fanatı deyillər"