Bu gün UEFA Avropa Liqasında finala yüksələn komandaların adına aydınlıq gətiriləcək.
Oxu.Az xəbər verir ki, "Budyo Qlimt" klubu "Tottenhem"i, "Mançester Yunayted" isə "Atletik Bilbao"nu qəbul edəcək.
Hər iki oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Budyo Qlimt" ilə "Tottenhem" arasında keçirilən ilk oyun İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Digər İngiltərə təmsilçisi "Mançester Yunayted" isə "Atletik Bilbao"nu səfərdə 3:0 hesabı ilə məğlub edib.
8 may
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi
Saat 23:00, "Budyo Qlimt" - "Tottenhem" (ilk oyun - 1:3);
Saat 23:00, "Mançester Yunayted" - "Atletik Bilbao" (ilk oyun - 3:0).