Londonun Bukingem sarayı Kral III Çarlz və Kraliça Kamillanın iki yeni portretini ictimaiyyətə təqdim edib.
Oxu.Az xəbər verir ki, rəsm əsərləri sarayın rəsmi saytında yayımlanıb. Portretlər 2023-cü ildə sifariş edilib və kral cütlüyü tərəfindən şəxsən seçilmiş iki fərqli rəssam tərəfindən çəkilib.
Kral III Çarlzın portreti beş seans ərzində, Kraliça Kamillanın portreti isə altı seans ərzində tamamlanıb.
Qeyd edək ki, kral ailəsinin portretlərinin yaradılması 1620-ci ildən bəri davam edən qədim ənənədir.