Böyük Britaniya Kralı III Çarlzın qardaşı qızı, York şahzadəsi Yevgeniya Portuqaliyada qız övladı dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, körpənin doğularkən çəkisi 2.98 kq olub.
Şahzadə Yevgeniya gələcək həyat yoldaşı - şərab taciri Cek Bruksbenklə 2011-ci ildə İsveçrənin Verbye dağ-xizək kurortunda tanış olub. Onların toyu 2018-ci ilin oktyabrında Vindzor qəsrində 850 qonağın iştirakı ilə baş tutub. 2021-ci ilin fevralında cütlüyün Avqust Filip Houk adlı bir oğlu dünyaya gəlib. 2023-cü ilin mayında isə onların ikinci oğlu Ernest anadan olub. Qızları indi Britaniya taxt-tacına varislik növbəsində 15-ci yeri tutur.
Cütlük 2022-ci ildə Portuqaliyaya köçüb. Şahzadə Yevgeniya III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor və Sara Fergüsonun kiçik qızıdır. Pedofiliyada təqsirləndirilən amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluğuna görə titullarından məhrum edilmiş keçmiş şahzadə beşinci dəfə baba olub. Onun böyük qızı şahzadə Beatrisdən də Sienna və Afina adlı nəvələri var.