İndoneziya sahillərində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Hind okeanının şərq hissəsində, Ternate şəhərindən 128 kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:16-da qeydə alınıb, ocağın dərinliyi 35 kilometr olub.
Qeyd edək ki, Ternate şəhərində 200 mindən çox insan yaşayır.
Hazırda sunami təhlükəsi, eləcə də yaxınlıqdakı adalarda mümkün dağıntılar və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb. Bölgənin xilasetmə xidmətləri hazırlıq vəziyyətinə gətirilib.