UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, finalda "Tottenhem" və "Mançester Yunayted" komandaları qarşılaşıblar.
İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçirilən matçda London təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu 10-cu dəqiqədə Brennan Conson vurub.