Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Avropa Liqası: "Qalatasaray"-"Dinamo Kiyev" matçında 6 qol vuruldu
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun ilk matçında İstanbulda "Qalatasaray" "Dinamo Kiyev"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşmada qapılara altı qol vurulsa da, qalib müəyyən olunmayıb - 3:3.
"Qalatasaray"ın heyətində qolları Devinson Sançes, Abdülkerim Bardakçı və Viktor Osimhen, kiyevlilərin heyətində isə Vladislav Vanat və Andrey Yarmolenko (2) vurublar.
Bu matçdan sonra "Qalatasaray" 13 xalla turnir cədvəlində 5-ci yerə yüksəlib, "Dinamo Kiyev" isə ilk qazanaraq sonuncu pillədə qərarlaşıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turu qış fasiləsindən sonra start götürüb.
Oxu.Az bildirir ki, turun açılış matçında "Qalatasaray" klubu "Dinamo Kiyev"lə qarşılaşır:

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qalatasaray" klubu "Dinamo Kiyev"lə qarşılaşacaq.
Oxu.Az bildirir ki, 19:30-da start götürəcək "Qalatasaray" - "Dinamo Kiyev" oyununu buradan canlı izləmək mümkün olacaq:
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turuna bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" klubu "Dinamo Kiyev"i doğma meydanda qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, qarşılaşmanı Kritsto Toverin başçılıq etdiyi estoniyalı hakimlər briqadası idarə edəcək.
21 yanvar
UEFA Avropa Liqası
VII tur
Saat 19:30, "Qalatasaray" - "Dinamo Kiyev".
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: "Qalatasaray" turniri tərk etdi
- Bu gün keçiriləcək Avropa Liqasının pley-off oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Avropa Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq
- "Qalatasaray"ın Avropa Liqasındakı matçı qar səbəbindən təxirə salınacaq?
- "Fənərbağça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb