Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazandı
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo-Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.
Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. "Köhlən atlar"ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 69-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu "Qarabağ"a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion"a qarşı keçirəcək.
Oyunda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 69-cu dəqiqədə Zubir fərqlənib - 1:2.
Oyunda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, 41-ci dəqiqədə "Budyo-Qlimt" klubunun heyətində Patrik Berq fərqlənib - 1:1.
Oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçirilir. "Qarabağ" bu turda Norveçin "Budyo-Qlimt" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, "Aspmüra" stadionunda keçirilən qarşılaşma başlayıb.
UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Budyo-Qlimt": Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel
Baş məşqçi: Hyetil Knutsen
"Qarabağ": Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, "Aspmüra" stadionunda keçiriləcək "Budyo-Qlimt" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bu turda Norveçin "Budyo-Qlimt" klubu ilə qarşılaşacaq.
"Qarabağ" - "Budyo-Qlimt" görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir.
Digər səkkiz oyun isə gecəyarısı start götürəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında turun açılış oyununda "Beşiktaş" - "Malmö" ilə qarşılaşmışdı.
7 noyabr
UEFA Avropa Liqası
IV tur
Saat 21:45, "Qarabağ" - "Budyo-Qlimt";
Saat 21:45, "Ayntraxt Frankfurt" - "Slavia Praqa";
Saat 21:45, "Elfsborq" - "Braqa";
Saat 21:45, FKSB - "Midtyulland";
Saat 21:45, "Qalatasaray" - "Tottenhem";
Saat 21:45, "Ludoqorets" - "Atletik Bilbao";
Saat 21:45, "Nitse" - "Tvente";
Saat 21:45, "Olimpiakos" - "Reyncers";
Saat 21:45, "Royal Union" - "Roma";
Saat 00:00, "Ayaks" - "Makkabi Təl-Əviv";
Saat 00:00, "AZ Alkmaar" - "Fənərbağça";
Saat 00:00, "Dinamo Kiyev" - "Ferentsvaroş";
Saat 00:00, "Hoffenhaym" - "Lion";
Saat 00:00, "Latsio" - "Porto";
Saat 00:00, "Mançester Yunayted" - PAOK;
Saat 00:00, "Viktoria Plzen" - "Real Soseydad";
Saat 00:00, RFŞ - "Anderlext".
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər