"Qarabağ" İslandiya səfərindən qələbə ilə qayıdır.
Oxu.Az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Vestri"nin qonağı olan Ağdam təmsilçisi rəqibini 0:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakaria Savo (57) fərqlənərək komandaya inamlı qələbə qazandırıblar.
Beləliklə, ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçirilən "Vestri" - "Qarabağ" qarşılaşmasında Ağdam təmsilçisi fərqi daha da artırıb.
Oxu.Az xəbər verir ki, matçın ikinci hissəsində rəqib qapısına üçüncü qolu vuran futbolçu Zakaria Savo olub.
Onun dəqiq zərbəsi ilə hesab "Qarabağ"ın xeyrinə olub - 0:3.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçirilən "Vestri" - "Qarabağ" qarşılaşmasında ikinci hissəyə start verilib.
Oxu.Az xəbər verir ki, ilk hissədən sonra "Qarabağ" 0:2 hesablı üstünlüklə irəlidədir.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçirilən "Vestri" - "Qarabağ" qarşılaşmasının birinci hissəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, ilk 45 dəqiqə ağdamlıların 0:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçirilən "Vestri" - "Qarabağ" qarşılaşmasında növbəti qol qeydə alınıb.
Oxu.Az xəbər verir ki, matçın 29-cu dəqiqəsində Pedro Bikalyo rəqib qapısına ikinci dəfə yol taparaq hesab arasındakı fərqi artırıb - 0:2.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada baş tutan "Vestri" - "Qarabağ" qarşılaşmasında hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçın 4-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Jali Muaddib rəqib qapısına yol taparaq komandamızı hesabda önə keçirib - 0:1.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada baş tutan "Vestri" - "Qarabağ" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Reykyavikdəki "Valbyarnarvöllur" stadionunda keçirilən matç başlayıb.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada üz-üzə gələcək "Vestri" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Reykyavik şəhərində yerləşən "Valbyarnarvöllur" stadionunda keçiriləcək görüşə aşağıdakı həyətlərlə çıxacaqlar.
"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Baş məşqçi: Daniel Osafo-Badu
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Baş məşqçi: Qurban Qurbanov
Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.
Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.