UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, V tura daha 9 qarşılaşma ilə yekun vurulub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri "Real Betis" (İspaniya) - "Utrext" (Niderland) komandaları arasında keçirilib.
Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 2:1.
Bu nəticə ilə 5-ci pillədə qərarlaşan "Real Betis" xallarının sayını 11-ə çatdırıb. "Utrext"in aktivində isə bir xal var və 32-cidir.
Eyni hesab "Genk" (Belçika) - "Bazel" (İsveçrə) matçında da qeydə alınıb. Bu oyunda da sevinən tərəf ev sahibləri olublar - 2:1. "Genk" 10 xalla yeddinci, "Bazel" isə altı xalla 25-ci yerdə qərarlaşıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Aston Villa" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 2:1;
"Portu" (Portuqaliya) - "Nitsa" (Fransa) - 3:0;
"Feyenoord" (Niderland) - "Seltik" (Şotlandiya) - 1:3;
"Lill" (Fransa) - "Dinamo" (Xorvatiya) - 4:0;
"Ludoqorets" (Bolqarıstan) - "Selta Viqo" (İspaniya) - 3:2;
PAOK (Yunanıstan) - "Brann" (Norveç) - 1:1;
"Viktoriya" (Çexiya) - "Frayburq" (Almaniya) - 0:0;
"Bolonya" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 4:1;
"Srvena Zvezda" (Serbiya) - FCSB (Rumıniya) - 1:0;
"Qou Ehed İqlz" (Niderland) - "Ştutqart" (Almaniya) - 0:4;
"Makkabi" (Təl-Əviv, İsrail) - "Lion" (Fransa) - 0:6;
"Nottingem Forest" (İngiltərə) - "Malmö" (İsveç) - 3:0;
"Panatinaikos" (Yunanıstan) - "Şturm" (Avstriya) - 2:1;
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 1:1.