UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, IV tura 18 qarşılaşma ilə yekun vurulub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri "Reyncers" (Şotlandiya) və "Roma" (İtaliya) komandaları arasında baş tutub.
İtalyanlar əllərinə düşən fürsətləri dəyərləndirərək, görüşdən qalib ayrılıblar - 0:2. "Roma"nın qollarını Soule və Pelleqrini vurublar.
Dörd turdan sonra "Roma"nın 6 xalı var. "Reyncers" isə indiyədək xal qazana bilməyib.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Bazel" (İsveçrə) - FCSB (Rumıniya) - 3:1;
"Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 1:0;
"Dinamo" (Xorvatiya) - "Selta Viqo" (İspaniya) - 0:3;
"Malmö" (İsveç) - "Panatinaikos" (Yunanıstan) - 0:1;
"Midtyulland" (Danimarka) - "Seltik" (Şotlandiya) - 3:1;
"Nitsa" (Fransa) - "Frayburq" (Almaniya) - 1:3;
"Zaltsburq" (Avstriya) - "Qou Ehed İqlz" (Niderland) - 2:0;
"Şturm" (Avstriya) - "Nottinqem Forest" (İngiltərə) - 0:0;
"Utrext" (Niderland) - "Portu" (Portuqaliya) - 1:1.
"Aston Villa" (İngiltərə) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:0;
"Real Betis" (İspaniya) - "Lion" (Fransa) - 2:0;
"Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 0:0;
"Braqa" (Portuqaliya) - "Genk" (Belçika) - 3:4;
"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 3:1;
PAOK (Yunanıstan) - "Yanq Boyz" (İsveçrə) - 4:0;
"Viktoriya" (Çexiya) - "Fənərbağça" (Türkiyə) - 0:0;
"Ştutqart" (Almaniya) - "Feyenoord" (Niderland) - 2:0.