UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin ikinci turunda "Roma" doğma meydanda "Real Madrid"lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüş ispanların qələbəsi ilə yekunlaşıb - 3:4.
"Real Madrid" matçın gedişində iki top fərqi ilə geridə olsa da, əzmkarlıq göstərərək qalibiyyət əldə edib. 20-ci dəqiqədə Marten de Ron ev sahiblərini hesabda önə çıxarsa da, 25-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub.
51 və 57-ci dəqiqələrdə Doniell Malen dubl edərək, "canavarlar"ın üstünlüyünü iki topa çıxarıb. Lakin "Real Madrid" futbolçuları ardıcıl üç dəfə fərqlənərək matçdan qalib ayrılıblar. Karlos Espi (83), Endrik (85) və Antonio Rüdigerin (90) qolları qonaqların qələbəsini təmin edib.