Türkiyənin "Trabzonspor" komandası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Matçda yeganə qolu 17-ci dəqiqədə Kristoffer Zakariassen vurub.
90+6-cı dəqiqədə Çibuyke Nvayvu qırmızı vərəqə alaraq "Trabzonspor"u azlıqda qoyub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12