Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Oxu.Az Apasport-a istinadən xəbər verir ki, VI turun 12 qarşılaşması 1/16 finalçıların tam siyahısına aydınlıq gətirib.
J qrupunun lideri “Trabzonspor” səfərdə “Latsio”nun qonağı olub. Növbəti tura vəsiqəni təmin edən qardaş ölkənin təmsilçisi də qrupu zirvədə tamamlamaq istəyirdi. Bunun üçün də Mustafa Akçayın yetirmələrinə İtaliyada minimum 1 xal lazım idi. “Qara dəniz” klubu meydandan qolsuz bərabərliklə ayrılıb və lider olaraq növbəti mərhələyə yüksəlib.
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də səfərdə mübarizə aparıb. Qrupda liderliyi və 1/16 finala vəsiqəni təmin edən Kazan təmsilçisi “Zulte-Varegem”lə üz-üzə gəlib. Bu görüş Qurban Berdiyevin komandası üçün formal xarakter daşısa da, onlar yenə qalib gəlməyi bacarıb.
Qeyd edək ki, bu oyunlardan sonra 1/16 finala vəsiqə qazanan klublar bunlardır: “Valensiya”, “Suonsi”, “Ludoqorets”, “Çernomorets”, “Zalsburq”, “Esbyerq”, “Rubin”, “Maribor”, “Fiorentina”, “Dnepr”, “Ayntraxt”, “Makkabi” (Təl-Əviv), “Genk”, “Dinamo” (Kiyev), “Sevilya”, “Liberes”, “Lion”, “Betis”, “Trabzonspor”, “Latsio”, “Tottenhem”, “Anji”, “PAOK”, “Alkmar”.
Avropa Liqası
VI tur
12 noyabr
A qrupu
“Sent Qallen” (İsveçrə) - “Suonsi” (İngiltərə) -1:0
QOL: Matis, 80
“Valensiya” (İspaniya) - “Kuban” (Rusiya) - 1:1
QOL: Alkaser, 67 - Melqareyo, 84
Qırmızı vərəqə: Viktor Ruiz, 90 (Valensiya)
B qrupu
“Dinamo” (Xorvatiya) - “Ludoqorets” (Bolqarısran) - 1:2
QOL: Kop, 45 - Abalo, 28
PSV (Hollandiya) - “Çernomorets” (Ukrayna) - 0:1
QOL: Cece, 59
Qırmızı vərəqə: Sito Riera, 87 (Çernomorets)
C qrupu
“Zalsburq” (Avstriya) - "Esbyerq” (Danimarka) - 3:0
QOL: Mane, 19, 63, Kempl, 58
“Standard” (Belçika) - “Elfsborq” (İsveç) - 1:3
QOL: Mbombo, 31 - Nilsson, 41, 46, Bekmann, 52
D qrupu
“Maribor” (Sloveniya) - “Uiqan” (İngiltərə) - 2:1
QOL: Mezqa, 43, Filipoviç, 59 - Qomez, 41 (pen)
Qırmızı vərəqə: Aleş Mertel, 74 - MkKann, 42
“Zulte Varegem” (Belçika) - “Rubin” (Rusiya) - 0:2
QOL: Natxo, 79 (pen), Rondon, 85
E qrupu
“Panduri” (Rumıniya - “Pakuş Ferreyra” (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Andre Leao (Pakuş Ferreyra)
“Fiorentina” (İtaliya) - “Dnepr” (Ukrayna) - 2:1
QOL: Xoakin, 42, Kuadrado, 77 - Konoplyanka, 13
F qrupu
“Makkabi” (Təl-Əviv, İsrail) - “Bordo” (Fransa) - 1:0
QOL: Zahavi, 74 (pen)
Qırmızı vərəqə: Şalme, 73 (Bordo)
“Ayntraxt” (Frankfurt, Almaniya) - APOEL (Kipr) - 2:0
QOL: Şrok, 68, Cakpa, 77
G qrupu
“Tyun” (İsveçrə) - “Genk” (Belçika) - 0:1
QOL: Vossen, 21
“Dinamo” (Ukrayna) - “Rapid” (Avstriya) - 3:1
QOL: Lens, 22, Qusev, 28 - Boyd, 6
H qrupu
“Eştoril” (Portuqaliya) - “Liberets” (Çexiya) - 1:2
QOL: Seba, 82 - Sural, 18, Rabusiç, 70
“Frayburq” (Almaniya) - “Sevilya” (İspaniya) - 0:2
QOL: La Fuey, 40, Rusesku, 90
I qrupu
“Gimaraynş” (Portuqaliya) - “Lion” (Fransa) - 1:2
QOL: Tomane, 11 - Qomis, 62 (pen), Ferri, 65
Qırmızı vərəqə: Pedro Korreya, 62 (Gimaraynş)
“Betis” (İspaniya) - “Riyeka” (Xorvatiya) - 0:0
J qrupu
“Latsio” (İtaliya) - “Trabzonspor” (Türkiyə) - 0:0
“Apollon” (Kipr) - “Legiya” (Polşa) - 0:2
QOL: Yodlovieç, 8, Brziski, 63
Qırmızı vərəqə: Sanqoy, 69 - Bereszinski, 69
K qrupu
“Tottenhem” (İngiltərə) - “Anji” (Rusiya) - 4:1
QOL: Soldado, 7, 16, (70-pen), Holtbi, 54 - Everton, 44
“Şerif” (Moldova) - “Tromse” (Norveç) - 2:0
QOL: Kadu, 4, İsa, 36
L qrupu
“Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Qazaxıstan) - 2:1
QOL: Qozlan, 76, Abuhatzira, 84 - Kanas, 44 (pen)
PAOK (Yunanıstan) - “Alkmaar” (Hollandiya) - 2:2
QOL: Lukas, 37 (pen), Pozoqlu, 90 - Lam, 31, Qorter, 71 (pen)