UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının doqquz klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.