Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

UEFA Çempionlar Liqası: 1/8 finalın daha 3 iştirakçısı məlum oldu
UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan daha 3 komanda məlum olub.
Oxu.Az xəbər verir ki, pley-off görüşlərinin bu gecə başa çatan cavab qarşılaşmaları gərgin mübarizə ilə yadda qalıb.
"Bavariya" öz stadionunda "Seltik"i qəbul edib. Almanlar şotlandlar qarşısında çətin anlar yaşayıblar. Belə ki, ilk matçda Münhen klubu ev sahiblərinə üstün gəlsə də (1:2), cavab oyunda qonaqlar son anadək hesabda irəlidə olublar. Yalnız 90+4-cü dəqiqədə vurulan dəqiq zərbə "Bavariya"nı 1/8 finala çıxarıb - 1:1 (ümumi hesab - 3:2).
İlk oyunda səfərdə "Brügge"yə məğlub olan (2:1) "Atalanta" ev matçında da oxşar aqibətlə üzləşib. İtalyanlar bu dəfə 1 qol vursalar da, 3 top buraxırblar - 1:3 (ümumi hesab - 2:5). Bu nəticə Belçika klubunun böyük fərqlə növbəti mərhələyə çıxmasına imkan verib.
"Benfika" doğma meydanda "Monako" ilə sülh bağlayıb - 3:3. İlk qarşılaşmada rəqibindən minimal hesabla üstün olan portuqallar iki oyunun cəminə (4:3) görə sevinən tərəf olub.
Bu gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Almaniyanın "Bavariya" və Şotlandiyanın "Seltik" klubları üz-üzə gələcəklər.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyunu fransalı hakim Benua Bastian idarə edəcək.
"Bavariya FK" teqi üzrə xəbərlər
- "Bavariya"da bir dövrün sonu – Tomas Müller ayrılmaq istəyir
- Bundesliqa: "Bavariya" - "Pauli" oyununda qol yağışı
- "Bavariya" Manuel Noyerin yerinə "Brayton"un qolkiperini transfer edəcək
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Bu mövsüm ən çox qol vuran klublar bəlli olub