UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına üç matçla start verilib.
Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşması "Fənərbağça" -"Lion" klubları arasında baş tutub.
Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Oyunda hesabı 40-cı dəqiqədə Fransa təmsilçisindən Lua Openda açıb. Ev sahiblərinin bərabərlik qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub.
Tərəflər arasında cavab matçı avqustun 26-da keçiriləcək.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Levski Sofiya" - AEK - 0:0;
"Dinamo Zaqreb" - "Vikinq" - 2:2.